Uğura nail olmaq üçün 5 vacib şəxsi keyfiyyətlər

Uğura və yaxşı həyata nail olmaq üçün inkişafa kömək edən 5 şəxsi keyfiyyət mövcuddur.

Mühakimə qabiliyyəti

İlk və ən vacib, uğur üçün vaz keçilməz olan şəxsi keyfiyyət – mühakimə qabiliyyətinə və yaxud sağlam düşüncəyə sahib olmaqdır. Deyilənə görə, insanların əksəriyyəti sağlam düşüncəyə sahibdirlər, çünki hələ ondan istifadə etməyiblər. Mühakimə qabiliyyəti – insanın müəyyən zaman müddəti ərzində təcrübə nəticəsində əldə etdiyi şeylərdir.

Tədqiqat iştirakçıları sağlam düşüncəni “işi ələ almaq üçün və hər hansı vəziyyət yaxud problemi aşkar edib üzərində işləmək vasitəsi kimi müəyyən etmişlər”.

Mühakimə qabiliyyətinin digər izahı kimi “təcrübədən dərs almaq və daha sonra bu dərsləri növbəti fəaliyyətlərə tətbiq etmək” göstərilir. Sağlam düşüncə qabiliyyəti bütün digər şəxsi keyfiyyətlər üçün nüvə rolunu oynayır.

Peşəkarlıq

Vacib şəxsi keyfiyyətlər sırasında ikinci yerdə peşəkarlıqdır. Uğura nail olmuş insanların əksəriyyəti öz işlərində yüksək peşəkarlığa malikdirlər və onlar bunu bilirlər. Onlar öyrənmişlər, məşq etmişlər, düşünmüşlər, ta ki, öz həmkarları tərəfindən də aid olduqları sahə üzrə ən yaxşı hesab olunmayıblar. Öz şəxsi ustalığın və peşəkarlığın fərqində olmaq, öz işinizdə ən yaxşı olduğunuzu hiss etmək daha yaxşı həyata nail olmaq üçün ilkin şərtdir.

Öz gücünə inam

Tədqiqatın nəticələrinə görə növbəti şəxsi keyfiyyət öz gücünə inam hissidir. Başqalarının hörmət etdiyi insanlar öz suallarına cavab tapmağa və öz problemlərini həll etməyə meyilli olurlar. Onlar şəxsi məsuliyyət daşıyırlar.

Və bəzi şeylər yolunda getməyəndə onlar başqa insanları günahlandırmır və özlərinə haqq qazandırmırlar. Nə isə etmək lazım olduqda onlar bütün çətin tapşırıqları və məsuliyyəti öz üzərlərinə götürürlər.

İntellekt – IQ-dən daha üstündür

İntellekt – uğur üçün vacib keyfiyyətlərdən biridir. Əqli bacarıqlar istənilən sahədə uğur qazanmaq üçün vacib tələbatdır. Bununla yanaşı, tədqiqat göstərdi ki, intellektin IQ balları ilə ölçülməsi mütləq deyil.

Bir çox görkəmli insanlar məktəbdə elə də yaxşı oxumamışlar. Onların qiymətləri çox pis olmuş və bəziləri hətta universiteti və orta məktəbi bitirə bilməmişlər. Tədqiqatlar belə bir faktın üstünü açmışdır: bir nüfuzlu şəxs oxuma-yazma bilmədən universiteti bitirib. Onun tapşırıqlarını onun yerinə başqaları həll edirdi və o bütün bunları sirr olaraq saxlaya bilib.

Nəticələrə hədəflənin

Tədqiqatda göstərilmiş sonuncu vacib keyfiyyət nəticələrə hədəflənmək olub. Bu o deməkdir ki, siz məsuliyyət daşıdığınız işdən yaxşı nəticələr alacağınızı bilirsiniz. İşini məsuliyyətlə sona çatdıran insanlara hər zaman hörmət edirlər. Belə insanlar hər zaman müəyyən nəticəyə yönlənmiş olurlar. Bu ona görə baş verir ki, onlar fəaliyyətə meyillidirlər. Onlar hər bir şeydə effektiv olmağı qarşılarına məqsəd qoyublar.

Edə biləcəyiniz ən müdrik iş uğur qazanmaq üçün çalışdığınız hər hansı bir vacib işdə ən yaxşı olmağınızdır. Nəticələriniz nə qədər yaxşı olsa, uğur qazanmaq şansınız da bir o qədər yüksək olacaq. Nəticələrə hədəflənmiş bir insan olaraq, siz özünüzə daha yaxşı bir həyat təmin edəcəksiniz.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.