22 C
Baku
Thursday, August 14, 2025

Uğura sahib olmaq üçün gərəkli suallar

Mən tez-tez maraqlı biznes layihələrə baxaraq düşünürəm ki, bu niyə ilk olaraq mənim ağlıma gəlməyib? Nəyə görə uğurlu insanlar digərlərindən bir addım irəlidə gedirlər?

Bütün bu uğur sisteminin səbəbi ondadır ki, bu insanlar özlərinə bir neçə sadə sual verərək doğru işlər görmüşlər.

Hər bir biznesmenin özünə verməli olduğu üç sadə sual:

Sual 1: Mən nəyə nail olmaq istəyirəm?

Özlərinə uğurlu biznes təşkil etmiş bütün dostlarımın hamısı bildirirlər ki, ən çətini fəaliyyətə başlamaqdır.

Özünüzdən soruşun: “Mən bu işlə məşğul olacam, çünki:

a) Şəxsi biznesimi qurmaq istəyirəm;
b) Bazarda ən yaxşı olmaq istəyirəm;
c) Milyonlar qazanmaq istəyirəm;
d) Məşğul olduğum işdən zövq almaq istəyirəm və s.”

Əksər insanlar isə təəssüf ki, hərəkət etməkdən daha çox, dünyadakı hər şeydən – mənfi hallardan, pulların olmamasından, pis iqtisadiyyatdan, total korrupsiyadan, passiv dövlətdən, paxıl qonşulardan və s. dən gileylənməyə adət ediblər.

“Mən nəyə nail olmaq istəyirəm?” sualı beyini mövcud problemlərdən uzaqlaşmağa və son nəticə üzərində fikri toplamağa məcbur edir. Sən məqsədi görməyə başladıqda onun reallaşmağına doğru bir addım atmış olursan

Sual 2: Məqsədimə çatmağa mənə nə mane olur?

Əgər müharibədə qalib gəlmək istəyirsənsə düşmənini yaxşı tanımalısan. Biznesdə də belədir. Bu meydanda da maneələr və əngəllər var. Yalnız ən yaxşı nəticə etibarı ilə qalib gəlir.

Çox tez-tez biznesdə “qeyri-mümkün” sözü ilə qarşılaşırıq. Əsl liderlər bu sözü sadəcə öz lüğətlərindən siliblər və onlar ideyadan işin icrası üçün plana keçidin formulundan istifadə edirlər.

Biznesdə hər bir addım təxminlər və hesablamalar, bazarın təhlili, rəqabət mühiti və s. ilə müşayiət olunur. İstər kiçik, istərsə də böyük biznes risk çərçivəsində qurulur. Uğurları ilə dünyanı dəyişən insanlar bu risk sahəsinin keyfiyyətinin yaxşılaşdırılmasından qorxmurlar.

Sual 3: Daha öncə kim hansı nəticəyə gəlib?

Məqsədi müəyyən etdin, maneələrin siyahısını tərtib etdin, priotetləri müəyyən etdin və hər maneənin aradan qaldırılması üçün həll yolları tapdın. Və bundan sonra ideya cəhətdən ilhama ehtiyac varsa sadəcə bazarın digər nümayəndələrinin öz bizneslərini necə qurmaqlarına baxmaq kifayətdir. Xeyr, bu ideya oğurluğu deyil, bu sadəcə paralel strategiya texnikasıdır.

Nəhəng şirkətlərin strategiyalarının, marketinq modellərinin, konkret məqsədlərə nail olmaq üçün istifadə olunan üsullarının dərindən təhlili ilə öz biznesinizi daha möhkəm şəkildə qura bilərsiniz. Bununla həm zamana, həm də pula qənaət etmiş olarsınız. Məhz buna görə də üçüncü sual bu qədər vacibdir.

Son xəbərlər
Digər xəbərlər