12 C
Baku
Wednesday, December 11, 2024

Uğurlu bank oğruları: François Villon

François Villon həmçinin “kral Vagabond” kimi də məşdurdur. O həmçinin fransız şair kimi də qeyd olunur və bu səbəbdən də, ədəbi nöqteyi-nəzərdən çoxsaylı novator ideyalar müəllifidir.

O əsərlərinin bir çoxunu həbsdə olarkən yazmışdır. Bunlar onun həyatı, yoxsulluq, problemlər, məhkəmə haqqında yazılmış şeirlər idi. Lakin əslində oğru idi və cinayət əməlləri barədə çox şey məlumdur.

Fransua özlərini “Gang Des Coquillards” adlandıran oğru bandasına qoşulduqdan sonra cinayətkara çevrilir. Onlar hər şeyi kilsə və ofisləri qarət etməklə başlayırlar. Onun əsl adı heç kimə məlum deyil və hər yerdə iki müxtəlif soyaddan istifadə edirdi.

Tarixi məlumatlara əsasən, François çox yoxsul ailədə dünyaya gəlib. Lakin buna baxmayaraq o ilk öncə incəsənəti öyrənmiş, bundan sonra kollecdə təhsilini davam etdirmiş və hətta bakalavr dərəcəsi əldə etmişdir.

Onun qarətçi olaraq əldə etdiyi ən böyük “nailiyyəti” College de Navarra ibadətgahından 500 qızıl tacın qarət edilməsi olur. Bu qarətdən sonra 4 il ərzində onu heç harda ələ keçirə bilmirlər və o bu zaman köçəri həyat tərzi sürürdü.

Lakin tezliklə o özünü çoxsaylı cinayət və qarətlər səbəbindən  barmaqlıq arxasında tapır. Bununla yanaşı, məşhur qarətçini tez-tez girov qarşılığında azadlığa buraxırdılar. Hətta bir dəfə o asılaraq edam edilməli olsa belə sonda baş tutmur.

Bundan sonra François barədə heç kimə heç nə məlum deyil, o sadəcə tarixdən sakit şəkildə silinir.

Son xəbərlər
Digər xəbərlər