6 C
Baku
Monday, December 16, 2024

Uğurlu başlanğıc: Yeni iş yerində ilk gün

Yeni iş yerində ilk gün həmişə çətin və həyəcanlandırıcı olur, bu zaman sizin hansı həyat və iş təcrübəsinə malik olmağınız elə də böyük rol oynamır. Yeni insanlar, yeni tapşırıqlar, çoxlu informasiya –bütün bunların öhdəsindən necə gəlmək olar?

Heç kəs üçün sirr deyil ki, ilk təəssürat belə məsələlərdə olduqca vacib rol oynayır. Əlbəttə yaranmış ilkin təəssüratın pis olması hələ dünyanın sonu demək deyil və zaman keçdikcə özünü reabilitasiya etmək olar, amma ilkin təəssüratın uğurlu və effektiv olması heç də asan başa gəlməsə də , həmişə sizin xeyrinizə öz rolunu oynayacaq bir amildir.

Nəyi necə etmək lazımdır? Sizə bir neçə olduqca faydalı tövsiyələri təqdim edirik.

Tez oyanan ilə tez evlənən uduzmaz

İşə heç olmasa iş gününün başlamasına 30 dəqiqə qalmış gəlin. Bu sizə azacıq da olsa yeni məkana öyrəşməyə, həmkarlardan bəziləri ilə tanış olmağa, rəhbərlik ilə söhbət etməyə vaxt və imkan verəcək. Mütləq hər şeyi qabaqcadan planlaşdırın, siz yaxşı formada olmalısınız. Yəni iş paltarlarınızı öncədən hazırlayın, yatağınıza tez uzanın ki, yuxunuzu yaxşı alasınız, tezdən isə özünüz üçün iri bir fincanda qəhvə hazırlayın.

Ilkin təəssürat

Əl görüşməsi haqqında danışmaq şablon xarakter alıb, amma bu həqiqətən vacib məqamdır. Möhkəm və özünəinamlı əl sıxma dostcasına inam və səmimiyyət atmosferi yaradır, amma heç kəsin əlini qopartmaq fikrinə düşməyin. Həmçinin də ruh yüksəkliyi və təşəbbüskarlıq təbəssümdən başlayır. Xoşrəftar olur, insanların özünün təqdim etməsini gözləməyin, təşəbbüsü əlinizə alın. Əlbəttə həddindən artıq bezikdirici olmaq və insanları işindən yayındırmaq lazım deyil. Sadəcə düşən fürsətləri qaçırmayın, düzgün məqamlar seçin , tanış olun və işlə bağlı məsələlər ilə maraqlanın.

Körpü salın

Əlbəttə siz istəyəcəksiniz ki, elə ilk başdan hamı ilə çox yaxşı, mehriban, möhkəm münasibətlər qurasınız, amma çətin ki, bu sizdə alınsın. Çox güman ki, siz bilavasitə sizin bölmədə çalışan insanlar ilə təmasda olacaq və diqqətinizi daha çox öz işiniz üzərində cəmləyəcəksiniz, yəni sizin münasibətdə olduğunuz insanların çərçivəsi çox məhdud olacaq. Sizin onlar ilə münasibətinin gələcək karyera perspektivlərinizi müəyyən edə bilər, çünki, böyük ehtimalla rəhbər onların sizin haqqınızda hansı qənaətdə, hansı fikirdə olması ilə maraqlanacaq. Kompaniyanın işi haqqında az bildiyinizdən siz daha çox qulaq asmağa üstünlük verəcəksiniz, nəinki danışmağa. Qarşılıqlı suallar verməkdən qorxmayın. Nisbətən qeyri-rəsmi söhbətlərdə də birdən-birə kəskin məsələlərə toxunmayın, məsələn siyasi və dini görüşlər, kobud zarafatlardan uzaq olun.

Işin məğzindən xəbərdar olun

İlk iş günü bu olduqca çətindir. Amma, əgər alınarsa, öz səlahiyyətləriniz daxilində təşəbbüs göstərməyə çalışın. İşinizin xırdalıqları barədə daha çox şey öyrənməyə çalışın və bloknotda qeydlər götürməyi unutmayın. Əgər ilk iş günü siz işə aid bir iki telefon zənginə cavab versəniz, bu əla başlanğıc olar.

Araşdırma aparın

Ilk iş günü ərzində heç kəs sizdən kompaniyanın fəaliyyət sahəsinə dair hər tərəfli məlumatlı olmağı, onun işinin hər bir xırdalığına bələd olmağı tələb etməyəcək, amma buna əvvəlcədən hazırlaşmaq sizə heç nə ilə mane olmaz. Bundan ötrü internet axtarışlarından istifadə edə bilərsiniz. Maraqlı faktlar və ya yerində deyilmiş uğurlu fraza sizin avtoritetinizi asanlıqla qaldıra bilər.

Özünüzə əmin olun, amma həddi aşmayın

Sizin çətin sınaqlardan birini –müsahibə mərhələsini artıq geridə qoymusunuz. Ona görə də sizin özünüzə arxayın olmağınız üçün tam haqqınız var. Amma bu əminliyi təkəbbürlüklə və lovğalıqla qarışdırmaq lazım deyil. Öz yeni həmkarlarınızın sözlərinə qulaq asın.

Verdiyiniz vədlərlə ehtiyatlı olun

Bu sizin bilik və bacarığınızı üzə çıxartmağa kömək edə bilər, amma yerinə yetirə biləcəyinizdən çox vəd verməyin. Öz üzərinizə həddən çox yük götürməyin, sizin qarşıda öz istedadınızı büruzə verə biləcəyiniz günlərin sayı hələ çox olacaq və siz mütləq özünüzü ən yaxşı tərəfdən göstərə biləcəksiniz.

Qəhrəmanlıq etməyin

Ola bilsin ki, sizi şöbənin işini təşkil etmək və ya kompaniyanın iş proseslərinə dəyişiklik etmək üçün işə götürüblər. Ola bilsin ki, sizdən öncəki əməkdaş bu işin öhdəsindən o qədər də yaxşı gələ bilməyib və indi kompaniyanın ümidi sizədir. Amma ilk iş günü heç də bundan ötrü nəzərdə tutulmayıb. Əvvəlcə işə tamamilə aludə olmaq, onu mənimsəmək lazımdır, ona görə də canfəşanlıq etməyə tələsməyin.

Panikaya düşməyin

Əgər nəsə plan üzrə getməyibsə, onda üzülməyə dəyməz –bu hələ dünyanın sonu deyil. Tamamı ilə mümkündür ki, siz yenidən, ikinci dəfə müsbət təəssürat yarada biləsiniz. Rahatlanın və özünüz olmağa çalışın. Ola bilsin ki, bu gün sizin həmkarlarınızın sinirləri oyaqdır, ya da sadəcə bu gün belə gətirib. Yeri gəlmişkən artıq gün başa çatır – sizə yaxşı yol.

Son xəbərlər
Digər xəbərlər