Uğurlu insanın əsas “qızıl” qaydaları
- Heç kim heç kimə heç nə borclu deyil. “Məcburam” sözünü unudun və bu sözü fəal danışıq tərzinizdən çıxarın.
- Sizə xəyanət edən insanlara geri dönməyin. Onlar dəyişmirlər.
- Başqalarının arzularına lağ etməyin.
- Zəng edəcəyinizə söz vermisinizsə, zəng edin.
- Televizora baxmayın. Heç vaxt.
- Ağlınıza ideya gəlib. Onu bir kənara qeyd edin.
- İdmanla məşğul olun. O beyini mükəmməl şəkildə fəallaşdırır.
- Daim şikayətlənmək vərdişindən imtina edin. Heç kimi başqalarının problemi maraqlandırmır.
- Şayiələrə uymayın.
- “İrəliyə hərəkət” barədə eşitmisiniz? Yoxlayın, kömək edəcək.
- Hətta ən qızğın mübahisə zamanı belə qarşınızdakı insanı zəif nöqtəsindən vurmayın. Tezliklə barışacaqsınız, sözlər isə heç vaxt unudulmayacaq…
- Hər zaman doğrunu deyin və harada, nə dediyinizi yadda saxlamalı olmayacaqsınız.
- Günün əvvəlində ən çətin və sevmədiyiniz işi yerinə yetirin.
- Səhvlərinizi qəbul etməyi bacarın.