21 C
Baku
Friday, June 28, 2024

Uğurlu insanların 9 fərqli vərdişləri

1. Erkən yuxudan qalxmaq

Uğurlu insanlar bir qayda olaraq, yuxudan tez ayılırlar. Bütün dünyanın yuxudan ayılmasına qədər davam edən bu sakitlik çağı günün ən vacib, ilhamverici və yaradıcı hissəsidir. Özündə bu vərdişi kəşf edən insanlar əminliklə bildirir ki, sanki bu vərdiş yaranana qədər onlar həyatlarını tam yaşaya bilməyib, yarımçıq həyat sürüblər.

2. Mütaliə

Əgər siz televizor və kompüter qarşısında hədər yerə sərf etdiyiniz vaxtın heç olmasa bir hissəsini faydalı və yaxşı kitabların mütaliəsinə həsr etsəniz, onda dostlarınızın əhatəsində ən savadlı insan olarsınız. Çox şey sizdə özü-özünə alınacaq. Mark Tvenin maraqlı bir sitatı vardır: “Yaxşı kitab oxumayan insanın, ümumiyyətlə kitab oxumağı bacarmayan insandan heç bir üstünlüyü yoxdur”.

3. Sadələşdirmək

Sadələşdirmək –o deməkdir ki, siz əhəmiyyətsiz olan hər bir şeyi elə ixtisar edirsiniz ki, əhəmiyyətli olanlar özünü büruzə verə bilsin. Sadələşdirilməsi mümkün və zəruri olan hər bir şeyi sadələşdirmək, asanlaşdırmaq lazımdır. Bununla siz lazımsız olan şeyləri kənarlaşdırırsınız. Gərəksiz olanları ələkdən keçirmək elə asan deyil, bu çoxlu praktika və məntiqi nəzər nöqtəsi tələb edir. Amma bu proses yaddaşı təmizləyir, gərəksiz işlərlə məşğul olma hissindən sizi azad edir, həmçinin narahatlıq və stressi azaldır.

4. Daxili söhbət

Daimi məşğulluq, xaos və stress içində yaşamaq mümkün deyil. Özün üçün sakit vaxt da tapmaq lazımdır. Bir az ləngiyin və öz daxili səsinizə qulaq asın. Arada bir fasilə edin və əhəmiyyətli olan məsələlərə diqqət ayırın. Əgər siz tezdən durmaq vərdişi yaratmısınızsa, onda bu vaxtdan daxili dialoq üçün istifadə edə bilərsiniz. Bu, məhz sizin vaxtınızdır, rahat nəfəs almaq, fikirləşmək, meditasiya etmək, düşüncəyə dalmaq. Hərdən dayanmaq lazımdır (ləngiyin), onda arxasınca qaçdığının hər nə varsa, özü sizin arxanızdan gələrək, sizə çatacaqdır.

5. Məşqlər

Aktivliyin olmaması və ətalət hər bir insanın sağlamlığına xəsarət yetirir, lakin mütəmadi fiziki məşğələlər sizin sağlıq durumunuzu qorumağa, onu daha da möhkəmlətməyə kömək edə bilər. İdmanla məşğul olmağa vaxtım yoxdur deyən, insan gec-tez xəstəliklə əlləşməyə vaxt ayırmalı olacaq. Sizin sağlamlığınız sizin nailiyyətinizdir. Öz proqramınızı tapın – idmanla hətta evdən çıxmadan, həmçinin də müxtəlif idman zallarına yazılmadan da məşğul olmaq mümkündür.

6. Gündəlik praktika

Belə bir müşahidə vardır: İnsan nə qədər çox məşq edərsə, bir o qədər çox müvəffəqiyyət qazanır. Müvəffəqiyyət, praktikanın fürsətlər ilə qarşılaşdığı məkandır. Talant məşq etmədən yaşaya bilməz (yəni onun yaşaması üçün ondan istifadə edilməsi lazımdır). Bundan əlavə talant heç də həmişə tələb olunmur, daima təkmilləşdirilən bacarıq onu çox asanlıqla əvəz edə bilər.

7. Əhatə

Bu ən vacib vərdişdir. O, sizin uğurunuzu sürətləndirəcək. İdeya və həyat eşqi ilə bol olan, daima təşəbbüskarlıq və pozitiv əhval ruhiyyə nümayiş etdirən insanların əhatəsində olmaq sizin həyatdan ala biləcəyiniz ən yaxşı dəstəkdir. Burada siz faydalı məsləhətlər, lazımı təkan, daimi dəstək –sizə lazım olan hər şeyi tapacaqsınız. Sevmədiyi işlə məşğul olan insanlarla ünsiyyət zamanı məyusluq və depressiyadan başqa nə əldə edəcəksiniz? Qeyd etmək lazımdır ki, sizin həyatınızda əldə etdiyiniz mümkün nailiyyətlər səviyyəsi sizin əhatənizdəki insanların nailiyyəti ilə düz mütənasibdir.

8. Minnətdarlıq jurnalını tərtib edin

Bu vərdişlər möcüzə yaradır. Artıq sahib olduqlarınıza görə minnətdar olun və daha yaxşılara doğru can atın. Əmin olun ki, öz həyat məqsədinizi müəyyən etdikdən sonra, sizin qarşınıza çıxan şansları “sezmək” qabiliyyətiniz güclənəcək. Yadda saxlayın: minnətdarlıq hissi ilə bərabər sevinmək üçün daha çox səbəbiniz yaranır.

9. İnadkar olun

Disneyland-in əsasını qoymaq istəyən Uolter Disney kredit üçün banklara müraciət etməli olmuşdur. Yalnız 303-cü bank onun müraciətinə müsbət cavab vermişdir. Stiv Makkerinin “The Afgan Girl” rəsmini Da Vinçinin məşhur “Mona Liza” şedevrinə bərabər tutulması üçün 35 il ərzində 1 milyondan artıq fotoşəkil çəkilməsi tələb olunmuşdu. Tomas Edison elektrik lampasını icad edənə qədər 10000 uğursuz cəhd etmişdir. Görürsünüz ki, burada da bir qanunauyğunluq vardır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər