15 C
Baku
Friday, March 29, 2024

Uğurlu kreditləşmənin əsas prinsipləri

Fiziki şəxslərin kreditləşməsində çox illik təcrübəyə əsaslanaraq müəyyən edilmişdir ki, kreditlə bağlı lazımi qərarı vermədən öncə bu 3 əsas prinsipə əsaslanmaq lazımdır. Bunlar etibarlılıq, uyğunluq və gəlirlilikdir. Bu prinsiplərin hər birinə ayrılıqda nəzər salaq:

Etibarlılıq

Etibarlılıq prinsipinə əsasən, borcalanın hərtərəfli yoxlanılmasından sonra onun krediti vaxtında və lazımınca ödənilməsi imkanlarının olduğuna və ona kredit verməyin mümkün olduğuna qərar verilit. Etibarlı borcalan – yaxşı xarakterə sahib, maliyyə cəhətdən müstəqil, borcu ödəməyə imkanı və arzusu olan şəxs nəzərdə tutulur.

Bundan əlavə, ipoteka krediti meneceri mümkün ola biləcək gözlənilməz xərcləri də nəzərə almalıdır. Bu xərclər borcalan haqqında ilkin gümanalrın doğru çıxmadığı hallarda yarana bilər.

Mümkün risklərdən qorunmaq üçün kreditorlar haqlı olaraq əlavə zəmanətlər tələb edə bilər. Bu zəmanət qismində isə digər bir daşınmaz əmlak nümunəsi, risklərin əlavə sığortalanması və s. ola bilər.

 Uyğunluq

Kredit istənilən həqiqətə uyğun məqsəd üçün təqdim edilə bilər. Həqiqətə uyğun məqsəd – konkret bankın kredit siyasətinə uyğun gələn istənilən hüquqi məqsəddir. Bank qeyri-qanuni fəaliyyət üçün kredit təqdim edə bilməz. Bankın narkotik ticarətini maliyyələşdirdiyini təsəvvür edə bilərsinizmi? Təbii ki, xeyir. Bankların kredit verməkdən imtina edəcəyi digər məqsədlərdən biri də qumar oyunlarıdır.

Bundan əlavə, kreditin məqsədi kifayət qədər qanuni olduğu halda kreditor krediti təqdime tməkdən imtina edə bilər. Bu kreditin məqsədinin bankın kredit siyasətinə daxil olmadığı bir halda baş verə bilər.

Gəlirlilik

İstənilən maliyyə institutu gəlir əldə etmək məqsədi ilə yaradılır. Hər bir kreditor krediti təsdiq etməmişdən öncə təqdim edəcəyi kreditdən qazanacağı gəlirlə xərclərini müqayisə edir. Kreditlərdən əldə edilən faiz istənilən bank üçün əsas gəlir mənbəyidir. Bu səbəbdən də kreditorlar bütün risklərin aradan qaldırılmasına və kreditlərin vaxtında qaytaraılması məsələsinə çox diqqətlə yanaşırlar.

Yekun nəticəyə gəldikdə isə deyə bilərik ki, etibarlılıq, uyğunluq və gəlirlilik – uğurlu kreditləşmənin əsas prinsipləridir. Bu prinsipləri tətbiq etmək üçün isə banklar və digər maliyyə institutları kredit təhlilini həyata keçirirlər.

Son xəbərlər
Digər xəbərlər