8 C
Baku
Friday, March 29, 2024

Uğurlu uşaqların valideynləri bu 9 şeyi edirlər – TƏDQİQAT

Hər bir valideyn övladının böyüyəndən sonra uğurlu olmasını istəyir. Bunun üçün onlar peşə həyatının həqiqətlərindən danışırlar. Yaxşı vərdişlər, smartfon və ya digər elektron cihazlardan istifadə müddətinin məhdudlaşdırılması və ailəvi şam yeməyi – bütün bunlar gələcəkdə öz bəhrəsini verə bilər. Bundan əlavə, kitab oxumağın və valideynlərlə səyahət etməyin də müsbət təsirləri var.

Yüksək nəticə əldə edən yetkinlərin keyfiyyətləri ilə yanaşı, onları digər insanlardan fərqləndirən əsas cəhətlər haqqında az yazılmayıb. Əgər sizin bir və ya daha çox övladınız varsa, bu sual sizin üçün çox aktualdır: “Övladlarımın həyatda uğur qazanmaları üçün nə edə bilərəm?”. Bu suala cavab vermək üçün tədqiqatlara nəzər yetirək.

  1. Onlara “Gələcəkdə kim istəsən ola bilərsən” deməyin

C+R Research marketinq tədqiqatları agentliyinin 400 yeniyetmə arasında keçirdiyi sorğunun nəticələrinə görə, gənclər yaxın gələcəkdə etmək lazım olduqları işdə maraqlı deyillər. Bunun yerinə onlar musiqiçi, idmançı və ya video oyunların dizayneri olmağı düşünürlər.

Əslində, səhiyyə və ya tikinti sənayesindəki iş yerləri yaxın onillikdə daha gəlirli olacaq. Niyə uşaqları işçi qıtlığı olan yüksək maaşlı peşələrə yönəltməyəsiniz ki?

  1. Şam yeməyinizi ailəniz ilə birlikdə yeyin

Harvard Universitetinin nəzdində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatının verdiyi məlumata görə, həftədə beş dəfə şam yeməyini ailələri ilə birlikdə yeyən uşaqlar gələcəkdə narkotikdən, azyaşlı hamiləlikdən, piylənmədən və depressiya kimi risklərə daha az məruz qalırlar.

Onlar həm də daha yüksək bal toplayırlar və özlərinə daha çox güvənirlər.

  1. Telefon və digər elektron cihazlardan istifadə müddətini məhdudlaşdırın

Tədqiqatçılar uşaqların planşet və smartfonlarla çox vaxt keçirdikləri zaman beyinlərinin daim dəyişdirilə biləcəyini müəyyən etdilər. Xüsusilə, bu, müəyyən qabiliyyətlərin, o cümlədən konsentrasiya, söz ehtiyatı və sosial bacarıqların inkişafına mane olur. Əslində Amerika Pediatriya Akademiyası (AAP) 18 aydan kiçik olan uşaqların elektron cihazlarla təmasda olması qadağan olduğunu bildirir. İki-beş yaş arasında olan uşaqlar üçün elektron cihazlardan istifadə müddətini gündə bir saata qədər məhdudlaşdırmaq lazımdır.

Böyük uşaqlara gəldikdə, burada siz məhdudiyyətləri elə təyin etməlisiniz ki, sosial şəbəkələr uşağın sağlam yuxu, fiziki hərəkətlər və sosial aktivliyinin yerini tutmasın. Bundan əlavə, AAP nahar masası, avtomobil və yataq otağının elektron cihazlardan istifadənin qadağan edilmiş yerə çevrilməli olduğunu vurğulayır.

  1. Evdən xaricdə işləyin

Əlbəttə ki, evdar ana ailə üçün faydalıdır, lakin Harvard Biznes Məktəbinin tədqiqatçıları işləyən anaların övladlarının gələcəkdə daha müvəffəqiyyətli olduğunu müəyyən ediblər.

  1. Uşaqlara çalışmaq imkanını verin

TED 2015 konfransında çıxış edən Culi Litkott-Heyms, Harvard Universitetinin tədqiqatına istinadən bildirir ki, uşaqlıqda ev işləri ilə məşğul olan uşaqlar peşəkar həyatda daha müvəffəqiyyətli olurlar. 

  1. Mükafat verməyə tələsməyin

1972-ci ildə Stenford Universitetinin keçirdiyi “zefir eksperimenti” ni xatırlayırsınız? Eksperiment zamanı uşaqların oturduğu masaya zefir qoyulmuşdu və onlara 15 dəqiqə ərzində zefirə toxunulmadığı təqdirdə, iki qat çox zefir veriləcəyi vəd edilmişdir. Uşaqların bir qismi özünü “saxlaya” bildi, digər qismi isə yox. İllər sonra bu uşaqlarla eyni təcrübə keçirildi və məlum oldu ki, özünü əldə saxlaya bilən insanlar müqayisədə həyatda daha uğurludurlar. Yəni, cazibəyə tab gətirə bilmə qabiliyyəti, insanın nailiyyət səviyyəsinə təsir edir.

“Hər sahədə ən yaxşı mütəxəssislər – idmançılar, musiqiçilər, şirkət rəhbərləri, sənətçilər – həmyaşıdlarından daha ardıcıldırlar”, – dəyə uğurlu insanların vərdişlərini araşdıran müəllif və natiq Ceyms Klir yazır. “Onların hər biri öz işi ilə məşğul olur, digərləri isə bütün diqqəti gündəlik həyatın təcili ehtiyaclarına yönəldərək süründürməçilik ilə mübarizə aparırlar.

  1. Uşaqlarınıza kitab oxuyun

Nyu-York Universitetinin Tibb məktəbinin tədqiqatçıları müəyyən edə bilmişlər ki, valideynləri onlara kitab oxuduğu uşaqların dil bilikləri daha yaxşı olur. Kiçik yaşlarından kitab oxumağı sevən uşaqlar, böyüyəndə kitab oxumaqdan zövq alırlar və bu, müasir dövrdə əlavə üstünlüklərdən biridir.

“Biz beş-on yaşlarında oxşar bacarıqlara sahib olan eyni sosial siniflərdən olan uşaqları müqayisə etdik və həftədə ən az bir kitab oxuyan uşaqların test nəticəsində daha yaxşı nəticələr əldə etdiyini müəyyən etdik”, – deyə doktor Elis Sallivan qeyd edir. Başqa sözlə desək, zövq almaq üçün kitab oxumaq lüğət, orfoqrafiya və riyaziyyatda böyük intellektual tərəqqi ilə əlaqəlidir.

  1. Onları səyahət etməyə təşviq edin

Tələbə və Gənclər Səyahəti Assosiasiyası (SYTA) 1432 amerikan müəllimi arasında sorğu keçirmişdir. Onların fikrincə, beynəlxalq səyahətlər tələbələrə bir çox yaxşı cəhətdən təsir edir:

-Daha çox səyahət etmək istəyi (76%)

-Digər mədəniyyətlərə və etnik qruplara qarşı yüksək tolerantlıq (74%)

-Öyrənmək/bilmək istəyinin artması (73%)

-Fərqli qidaları sınamağa hazırlığın artması (70%)

-Müstəqillik, özünüqiymətləndirmə və özünəgüvənin artması (69%)

-Yüksək intellektual maraq (69%)

-Daha səbirli olmaları və ətrafdakı insanlara hörmət (66%)

-Yüksək uyğunlaşma və həssaslıq (66%)

-Daha ünsiyyətcil olmaq (51%)

-Daha inkişaf etmiş özünü ifadə etmə bacarıqları (51%)

-Kollecə artan maraq (42%)

Əgər övladınızı xaricə göndərə və ya özünüzlə birlikdə apara bilmirsinizsə, bu məlumatları daha diqqətlə oxuyun.

  1. Qoy onlar da uğursuzluqlarla üzləşsinlər

Bu məntiqsiz görünsə də, valideynlərin edə biləcəyi ən yaxşı işlərdən biridir. Neyropsixologiya sahəsində ixtisaslaşmış klinik psixoloq və Parenting in the Real World: The Rules Have Changed kitabının müəllifi olan Stefani O’Liri, uğursuzluğun bir neçə nöqteyi-nəzərdən uşaqlar üçün müsbət olduğunu söyləyir. Birincisi, uğursuzluqla qarşılaşmış uşaq çətinliklərin öhdəsindən gəlməyi öyrənir və bu ona həmyaşıdları ilə səmimi ünsiyyət qurması üçün zəruri olan həyat təcrübəsini verir.

Yaşanan çətinliklər həmçinin uşaqları çətin vəzifələrin yerinə yetirilməsinə öyrəşdirir. Gələcəkdə belə uşaqlar məğlub olmaqdan qorxmurlar, özlərinə daha çox güvənirlər. Mütəxəssis əlavə olaraq qeyd edir ki, sizin övladınızın mübarizə apardığını müşahidə etməyə hazır olmağınız, onun qabiliyyətinə inandığınızı ifadə edir.

Son xəbərlər
Digər xəbərlər