Amerikanın Forbes jurnalı 2011-ci ildə ən çox qazanan yazıçıların sıyahısını dərc etmişdir. Sizi uğur qazanmış yazıçı və müəlliflərin aldığı qonorarlar ilə tanış edirik.
Ceyms Patterson
Gəlir: 94 milyon dollar
Amerikalı yazıçı triller janrında fəaliyyət göstərir. O, amerikalı psixoloq Aleks Kross və xəfiyyə Maykl Bennet haqqında romanları seriyasının və “Qətl araşdırmalarının qadın klubu” adı altında çıxmış 10 romanın müəllifidir.
Stiven Kinq
Gəlir: 39 milyon dollar
Populyar amerikalı yazıçı, roman və ssenari yazarı, triller, qotik proza və həmçinin də elmi fantastika janrlarında əsərlər yazır. O, «Atıcı», «Qaranlıq güllə», «Günbəz altında», «Sevinc ölkəsi» və bu kimi digər kitabların müəllifidir.
Canet İvanoviç
Gəlir: 33 milyon dollar
Amerikalı yazıçı xanım, sevgi və dedektiv janrda olan romanların müəllifidir. Canetin həyat yolu olduqca kəşməkəşlidir. Universiteti bitirəndən sonra gənc xanım hətta katibə işləməyə də məcbur olmuşdur, belə ki, nəşriyyat evlərinin əksəriyyəti ona imtina cavabı verirdi. Düzdür, sonradan hər şey qaydasına düşür və onun kitabları artıq dərc olunmağa başlayır.
Con Qrişom
Gəlir: 26 milyon dollar
Amerikalı yazıçı “hüquqi trillerlərin” müəllifidir, onlar ABŞ-da dərc olunmaq ilə yanaşı Hollivudda ekranlaşdırırlır, (“Öldürmək vaxtıdır”, “Firma”, “Uğursuz insanlar ilə Milad bayramı” və s).
Ceff Kinni
Ceff –amerikalı oyun ixtiraçısı, karikatura rəssamı və uşaq ədəbiyyatı yazıçısıdır. Kinni «Zəif adamın gündəliyini» bestsellerinin müəllifidir, bu gündəliyin bir hissəsi ekranlaşdırılıb.
Bill О’Reyli
Gəlir: 24 milyon dollar
О’Reyli – populyar amerikalı jurnalist, siyasi icmalların müəllifi, televiziya və radio verilişlərin aparıcısı, ABŞ-ın sosial-siyasi problemləri ilə bağlı bir-neçə kitabın müəllifidir.
Nora Roberts
Gəlir: 23 milyon dollar
Məşhur amerikalı yazıçı, bir sıra dedektiv və sevgi romanlarının müəllifidir.
Daniela Stil
Gəlir: 23 milyon dollar
Bizim oxuculara da çox yaxşı tanış olan Daniela Stil çoxsaylı sevgi romanlarının müəllifidir, onun kitabları bir neçə tirajda,125 milyondan artıq nüsxədə buraxılıb, onun novellalarından 23-ü səhnələşdirilib, bunların sırasında «Zoya», «Sakit liman», «Böyük sevgi olmur» və s fimlərin adını qeyd etmək olar.
Syuzen Kollinz
Gəlir: 20 milyon dollar
Syuzen böyük səs-küy doğurmuş «Ac oyunlar» kitabının müəllifidir. Həmin əsərin 2012-ci ildə böyük müvəffəqiyyətlə səhnələşdirilməsindən sonra Kollinzin gəlirləri 2 dəfədən də çox artıb. Həmçinin o, çoxsaylı uşaq verilişləri və cizgi filmləri üçün və uşaqları üçün kitablar da yazır.
Din Kunts
Gəlir: 19 milyon dollar
Amerikalı yazıçı fantastika, qorxu və dəhşət filmləri, dedektiv janrları üzərində işləyir. O, «Öncəgörən», «İlin ən qaranlıq gecəsi», «Ay işığında» və s əsərlərin müəllifidir.
Coan Roulinq
Gəlir: 17 milyon dollar
Briyaniyalı yazıçı xanım Harri Potter haqqında romanlar seriyasının müəllifidir, bu kitablar 65-dən çox dilə tərcümə olunub, 2009-cu ildən o, Fəxri Legion Ordeninin kavaleridir.
Corc Reymond Riçard Martin
Gəlir: 15 milyon dollar
Amerikalı yazıçı və fantastik əsərlər müəllifi, ssenarist, prodüser, redaktor, bir sıra yüksək nüfuzlu mükafatların sahibidir. O həmçinin məşhur “Buz və Atəş nəğmələri” kitablar tsiklinin müəllifidir.
Stefani Mayer
Gəlir: 14 milyon dollar
Ala-toranlıq saqa (qədim Skandinaviya əfsanəsi) sayəsində amerikalı müasir yazıçı xanım Mayer böyük populyarlıq və çox milyonlu gəlir əldə edir. Qeyd etmək lazımdır ki, ötən il Stefani bu siyahıda beşinci pilləni tutmuşdur.
Ken Follett
Gəlir: 14 milyon dollar
İngiltərəli yazıçı, «İynə dəliyi» adlı məşhur romanın müəllifidir. Bu kitab 30-dan çox dilə tərcümə olunub. Onun «Şirlər ilə əlbəyaxa» kitabının həm də ekran versiyası hazırlanmışdır.
Rik Riordan
Gəlir: 13 milyon dollar
Fantastika və dedektiv janrında fəaliyyət göstərən amerikalı yazıçı və Persi Ckson haqqında populyar kitabların müəllifidir, həmçinin «Olimp qəhrəmanları» və «Allahların varisləri» adlı kitab seriyaları onun qələminin məhsuludur.