28.3 C
Baku
Tuesday, June 25, 2024

Uğursuz həyatını hərracda satan Yen Aşer

Öz arzularınızı həyata keçirmək istəyirsiniz və buna haradan pul tapacağınız barədə düşünürsünüz? Yen Aşer də bilmirdi. Sonra isə öz həyatını satmağı qərara aldı. Onsuz da o həyatından kifayət qədər boğaza yığılmışdı. Və o həqiqətən də öz həyatını satmağı bacardı! Bütün digər normal insanlar kimi Yen Aşer də xoşbəxt ailə və maraqlı iş arzu edirdi. Lakin bir çoxunda olduğu kimi bu iki şey onda da yox idi.

Yenin təxminən 50 yaşı var idi və kiçik bir mağazada xalça satmaq ilə məşğul olurdu. O həyat yoldaşından ayrıldıqda isə dərin depressiya ilə üzləşdi. Dərin depressiya və öz həyatına nifrət içərisində olan Yen vəziyyətdən ideal çıxış yolu tapdı. Onun çıxış yolu isə öz uğursuz həyatını internet-hərracda satmaq idi.

eBayda yerləşdirilən “Yen Aşerin həyatı” lotuna bütün texnika və mebel daxil olmaqla onun evi, avtomobili, motosikleti, hidrosikli, paraşüt avadanlığı, iş yeri və bütün dostları və iş yoldaşları ilə tanışlıq daxil idi. Bu lot Yenin bu sözləri ilə bitirdi: “Mənim həyatımdan bu qədər, artıq ona ehtiyacım yoxdur”. Başlanğıc qiymət isə 1 dollar idi. Bir həftə sonra isə hərrac başa çatdıqda, Yen Aşerdə yalnızca onun şəxsiyyət vəsiqəsi və həyatının satışından əldə etdiyi 305 min dollar var idi.

Bundan sonra Yen Aşer 100 məqsəddən ibarət siyahı tərtib etdi və bunun icrası üçün özünə 100 həftə vaxt təyin etdi. Beləliklə o, təyyarə bileti aldı və öz ilk məqsədi – qaynar günəş altında dağda xizək sürmək üçün Dubaya uçdu. Növbəti iki il isə o fasiləsiz olaraq səyahət etdi: İspaniyada bayram zamanı öküzlərlə qaçdı, Afrikada ağ köpək balıqları, Yaponiyada isə balinalarla üzdü. Bundan sonra o təyyarə idarə etməyi öyrəndi, Böyük Çin səddindən piyada keçdi və dünyanın ən nəhəng şəlalələrini öz gözləri ilə gördü. Londonda Yen Aşer hətta pərəstişkarı olduğu Riçard Brenson ilə də görüşmüş, Hollywoodda bir filmdə kiçik bir rolda çıxış etmişdir.

İki il və 270 min dollar sərf etdikdən sonra Yen Aşer müəyyən edir ki, öz 100 məqsədindən 93-nü həyata keçirib və qalan məqsədlər artıq ona vacib edir. Bu məqsədlərin əvəzində Yen Panama sahillərində özünə kiçik boş bir ada aldı və orada öz əlləri ilə özünə ev tikərək orada məskunlaşdı. Burada o Kanada da tanış olduğu Mo adlı bir qadınla yaşayır.

İndi, öz həyatını satdıqdan dörd il sonra 50 yaşlı Yen tamamilə xoşbəxtdir. O bir neçə kitab yazmış və hazırda əsərlərinin səhnələşdirilməsi ilə bağlı Hollywood prodüserləri ilə danışıqlar aparır.

Onun hərracda satılan “keçmiş həyatı” ilə bəs nə baş verdi? Aşer bu haqda demək olar ki heç nə bilmir. Lakin ümid edir ki, onun keçmiş həyatı onu alan şəxsin ürəyincə olar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər