Ərzaq mağazaları şəbəkəsinin sahibi Vyaçeslav Molostovçev marketinq aksiyası qismində “litrobol” üzrə çempionat təşkil etməyə qərar verir. Belə ki, könüllü şəxslər bacardıqları qədər araq içəcək və ən sona qədər tab gətirə bilən şəxs bir yeşik araq əldə edəcəkdi. Konkursda 20 insan iştirak etməyə qərar verir. İçkilər sinkdən hazırlanmış pivə bokallarında təqdim edilirdi. Nəticədə finala qalan 5 nəfər reanimasiyaya düşür. Sonda isə bir ata və oğul qalib gəlir. Onları huşsuz vəziyyətdə içkilər ilə birgə evə gətirirlər. Kişinin həyat yoldaşı yoldaşının artıq dünyasını dəyişdiyini görür və təcili yardım çağırır. Lakin təcili yardım gəldikdə artıq oğlu da dünyasını dəyişir. Prokurorluq mağazanın sahibinə məhkəmə işi açır.
O isə öz növbəsində çox təəssüf etdiyini və bu konkursun düzgün təşkil edilmədiyini etiraf edir.