28.3 C
Baku
Tuesday, June 25, 2024

Uğursuzluq qorxusu

Nyu-York məktəblərində sadə bir eksperiment aparmışlar və 400 nəfər 5-ci sinif şagirdinə bir neçə asan test vermişlər. Şagirdlər tapşırığı bitirəndən sonra onların bir qrupunu ağıllı olduqları üçün, digər qrupunu isə yaxşı çalışdıqları üçün tərifləmişlər. Bundan sonra onlara daha iki tapşırıq da vermişlər – biri çətin, digəri isə asan. Seçim şagirdlərin özlərindən asılı idi. Maraqlıdır ki, çalışqanlığına görə təriflənən şagirdlərin 90%-i çətin olan tapşırığı, ağıllı olduğuna görə təriflənən şagirdlərin böyük əksəriyyəti isə asan tapşırıqları seçmişlər. “Ağıllı”lar özlərinin ağıllı olduqlarını artıq sübut etmişlər və bunu ikinci dəfə təhlükə altına atmaq istəməmişlər.

Yeri gəlmişkən qeyd edək ki, insan artıq çoxdan etməli olduğu işi uzun müddət təxirə salırsa – bu da uğursuzluq qorxusudur. İnsan hər ehtimala qarşı özünü sığortalamağa çalışır – əgər mənim daha çox vaxtım olsaydı, mən hamıya “şah əsər” nümayiş etdirə bilərdim. Lakin indi… mən sadəcə çatdırmadım…

Son xəbərlər
 ⁠
Digər xəbərlər