9 C
Baku
Monday, December 23, 2024

Uğuru əldən vermiş 14 start-up yaradıcısı

Hər kəs həmfikirlər komandası yığmış, start-up hazırlamış, sonra isə onu milyardlarla dollara sənayenin nəhəng simalarından birinə satan gənc biznesmenlər haqqında əhvalatları sevir.

Həqiqətən, bu əhvalatlarda biz əksər hallarda gənc milyarderin yanında kimin olduğunu unuduruq. Bu şəxs hər hansısa bir səbəbdən layihəni ilk etaplarda tərk edir və öz uğurunu əldən verir. Business Insider ilkin uğuru əldən vermiş 14 start-up əsasçısının və ya top-menecerlərinin siyahısını tərtib edib.

Ronald Ueyn

Ronald Ueyn Apple şirkətinin əsasçılarından biri olub, lakin daha sonra layihəni tərk edərək öz 10%-lik hissələrini cəmi $800 satır. Bugünkü gündə bu hissələrin dəyəri $43,8 milyard olardı.

Noa Qlass

Noa Qlass Twitterin əsasçılarında biri olub. Həqiqi, bu gün az adam bunu xatırlayır , lakin məhz o, məşhur mikrobloqun adını fikirləşib və onun ilk idarəçilərindən biri olub. 2006-cı ildə Noa Qlass şirkəti tərk edir.

Sualın tarixçəsi

Frenk «Reqqi» Braun bugünkü gündə $800 milyon qiyməti olan ani ismarıc proqramı Snapchat-ı fikirləşmişdi. Hal- hazırda onun və şirkətin digər iki əsasçısının işləri məhkəmədir. Frenk «Reqqi» Braun 2012-ci ildə onu işdən xaric etdikləri üçün şirkətin digər iki əsasçısına məhkəmə iddiası açmışdı.

Co Ceksona

Co Ceksonanı ilkin olaraq Facebook komandasında çalışmağa dəvət etmişdilər, lakin o, bu təklifdən yay təcrübəsi JP Morgan üçün imtina edir.

Ali Fedotovski

2010-cu ildə Ali Fedotovski Facebookda işləyərək, həmçinin ABC telekanalının «Subay» realiti şousunda iştirak edirdi. Ali Fedotovski televiziya layihəsinin finalına çıxandan sonra sosial şəbəkədən çıxır və səhmlərin alışına aid seçimini əldən verir.

Saxil Lavingia

Saxil Lavingia Pinterestdə sayca ikinci ştat əməkdaşı idi. O, bir il belə keçmədən şirkəti tərk edir və nəticədə səhmlər almaq seçimini əldən verir.

Uinklovoss əkizləri

2003-cü ildə Uinklovoss əkizləri Mark Tsukerberq ilə birlikdə Harvad universiteti üçün sosial şəbəkə üzərində işləyirdilər. 2004-cü ilin yanvar ayında Tsukerberq thefacebook.com haqqında elan verdi. Bundan sonra Uinklovoss əkizləri Mark Tsukerberqi onların ideyasını oğurlamaqda günahlandırdılar. Uzun sürən məhkəmə prosessindən sonra onlar bir neçə milyonluq təzminat aldılar. Lakin əgər Uinklovoss əkizləri Mark ilə dostluq və əməkdaşlıq etməyə davam etsəydilər, onlar bir neçə milyard dollar əldə edə bilərdilər.

Dom Saqolla

Dom Saqolla Odeo şirkətində top-menecer idi. Bu şirkətin əsasında Twitter əmələ gəlib. Dom Saqollanı 2006-cı ilin may ayında işdən xaric edirlər və o, səhm almağa seçim əldə edə bilmir.

Co Qrin

Co Qrin universitet yataqxanasında Mark Tsukerberq ilə otaq yoldaşı idi. Onların Harvardda problemləri yaranandan sonra Qrinin atası ona Tsukerberq ilə çalışmağı qadağan edir. Məhz buna görə Co Qrin Facebookda idarəçi vəzifəsini tutmaqdan imtina edir və beləliklə, bir neçə milyard dollar pul qazanmaq imkanını əldən verir.

Aleks Makgilivrey

Aleks Makgilivrey Twitterdə baş müşavir vəzifəsində çalışırdı , lakin IPO-dan öncə şirkəti tərk edir. IPO-nun sənədlərində Makgilivreyin 1,5 milyonluq səhmləri almağa seçim əldə etdiyi deyilir, lakin o bu seçimdən yararlanmağa imkan tapmayıb.

Alberto Savoya

Alberto Savoya Google-da baş mühəndis işləyirdi. Orada bu AdWords proqramı üzərində işləyən komandaya başçılıq edirdi. Bu proqram daha sonralar şirkətin əsas gəlir mənbəyinə çevrilir. Lakin bu proqramı işə salmamışdan əvvəl Alberto Savoya Google şirkətini tərk edir.

Florian Vebur

Florian Vebur Twitterə çalışmağa dəvət olunan ilk mühəndislərdən biri olub. Çox təəsüf ki, onu ştata götürmədilər, müqaviləyə əsasən isə bu onun səhm almağa seçimi olmadığını göstərir.

Kevin Sistrom

Kevin Sistrom İnstagramın uğurundan əvvəl bir neçə milyon dollar qazanmaq imkanı var idi. Stenfordda oxuyarkən o Facebookda işləməkdən imtina edir və həmçinin daha sonra Twitterə çevrilən şirkətdə təcrübə keçirdi. Sistrom Nextstopdan start-upın Facebooku almasında 6 ay öncə tərk edir. Lakin İnsatgramın $1milyarda olan alışı onun əlindən buraxdığı bütün imkanları kompensasiya etdi.

Son xəbərlər
Digər xəbərlər