21 C
Baku
Monday, May 20, 2024

Uğurun 7 sadə şərti – Rendi Qeyc

Bu prinsipləri məşhur marketinq dahisi Rendi Qeyc tərtib etmişdir.

1. Boşluq qanunu. Əgər sizə yeni başmaqlar lazımdırsa köhnələri tullayın. Əgər sizə yeni geyim lazımdırsa, dolabınızı köhnələrdən təmizləyin. Siz öz istəyinizlə, könüllü şəkildə köhnə stereotiplərdən uzaq ayrılmalısınız. 

2. Dövriyyə qanunu. Əlinizdə olan bir şeyi verməyə hazır olun ki, arzu etdiyiniz bir şeyi əldə edəsiniz.

3. Təxəyyül qanunu. Əvvəlcə siz tərəqqini, çiçəklənmə və inkişafı beyninizdə təsəvvür etməli, onun xəyalını qurmalısınız. Öz ideal gününüzün təsvirini qurun və onu etibar etdiyiniz şəxsdən başqa heç kəsə göstərməyin. Bu təsvirlərini özünüzə yaxın, əlinizin altında saxlayın ki, lazım olan onda onu oxuya və ya seyr edə biləsiniz.

4. Yaradıcılıq qanunu. İnsan öz idrak, intuisiya və təxəyyülünün enerjisi vasitəsi ilə çiçəkləməyə, təkmilləşməyə nail ola bilər.

5. Bəxş etmək və almaq qanunu. Əgər siz kiməsə nəsə bağışlayır (bəxş edirsinizsə) bu, sizə on qat artıqlaması ilə geri qayıdacaq. Müəyyən bir xeyir, rifah əldə etdikdə onu ətrafdakılar ilə paylaşmaq olduqca vacibdir. Əgər siz müəyyən bir qabiliyyətiniz (verginiz) varsa, lakin ondan istifadə etmirsinizsə, onda siz İlahi mənliyinizi, mahiyyətinizi təhqir etmiş olursunuz. Öz qabiliyyətlərinə ehtiramla yanaşmaq üçün, siz Allahın bəxş etdiyi nemətlərə sevinməli və onlar digərləri ilə paylaşmalısınız. Əgər bunu edirsinizsə, öz həyatınıza daha çox rifah cəlb edirsiniz.

6. Onda bir qanunu. Kainat həmişə öz onda bir hissəsini götürür. Bu sadəcə təbiətin sizə verdiklərinə görə minnətdarlıq qanunudur – sahib olduğunuz hər şeyin 10%-i. Siz heç zaman bilmirsiniz ki, bu onda bir nə vaxt və necə sizə geri qayıdacaq. Pullar –adi təzahürlərdir. Amma rifah sizə həm də kiminləsə barışıq, dostluq münasibətləri və ya müəyyən xəstəlikdən sağalma kimi də geriyə qayıda bilər.

7. Əfv etmək (bağışlamaq) qanunu. Əgər siz insanları bağışlaya bilməsəniz, onda həyatın verdiyi sərvətləri qəbul edə bilməyəcəksiniz. Əgər sizin qəlbiniz qəzəblə doludursa, sevgi ona yol tapa bilməyəcəkdir. Sizi incidən və sizə rahatlıq verməyən, sizi içərindən dağıdan neqativ hisslərdən azad olmalısınız.

Son xəbərlər
 ⁠
Digər xəbərlər