Məqsədinizin – bu qədər əzaba layiq olduğunu bildiyiniz halda ona nail olmağa çətinlik çəkirsiniz? Ola bilsin, özünüzü iradənizin gücü ilə buna məcbur etmisiniz… lakin heç nə alınmayıb?
Sizə iradə gücü əvəzinə, daha məqsədyönlü olmaq lazımdır. Beləliklə, gücünüz tükənməyəcək və hətta həyatdan zövq almaq üçün boş zamanınız da qalacaq.
Məqsədyönlü olmaq üçün isə aşağıdakılara riayət etmək kifayətdir:
Zamanınızı yalnızca zövq aldığınız işə sərf edin
Seçim qarşısında qaldıqda və iki ixtisas, yaxud peşədən birini seçməli olduğunuzda ürəyinizə daha çox yatan variantı seçin. Daha yüksək əmək haqqılı iş və yaxud prestijli vəzifə sizə məqsədyönlü olmağa kömək etməyəcək. Hətta sevmədiyiniz iş də belə işlədikdə bəzi tapşırıqların həllinə görə məsuliyyət daşıyırsınız.
Gördüyünüz hər bir işlə qürur duyun
Bəzi fəaliyyətlər sizə tamamilə faydasız görünə bilər. Ola bilsin ki, gördüyünüz iş ümumilikdə korporativ işçilərinin fəalliyyətləri fonunda görünməz qala bilər. Lakin bir fakt doğrudur ki, sizin əməyiniz hər şeyi əhəmiyyətli şəkildə dəyişdirə bilər. Əks təqdirdə şirkət sizi işə qəbul etməzdi.
Əgər öz işinizlə fəxr edir və onu ən yaxşı şəkildə icra edirsinizsə, bu halda məqsədyönlü olmaq asandır. Gördüyünüz işdən asılı olmayaraq bunu ən yaxşı şəkildə həyata keçirin!
Nəticələr barədə düşünün
İdeal dünyada istənilən işə görə mükafat təyin edilib. Təbii ki, bu hər zaman olmur. Hər birimizin ş siyahısında çoxlu sayda maraqsız və darıxdırıcı tapşırıqlar var. Lakin hər nə olur olsun bu tapşırıqların hamısını yerinə yetirin, belə ki, onlar sizi öz məqsədinizə yaxınlaşdıracaq.
Bütün fikrinizi nəticəyə yönəldin. Məqsədinizə çatdıqdan sonra nə kimi hislər keçirəcəyinizi təssəvvür edin.
Özünüzü mükafatlandırın
Bir çoxları özünü mükafat ilə motivasiya edir. Əgər özünüzü konkret tapşırığı həll etməyə vadar etmək istəyirsinizsə bu həqiqətən də sizə kömək edəcək.
Nə isə yeni bir şey öyrənin
Hər birimiz təbiətcə şagirdik – bu bizə sağ qalmağa kömək edir. “Təhsil” tək uşaqlar və tələbələr üçün deyil. Bu, bütün həyatımız boyu nə ilə məşğul olduğumuzdur. Heç olubmu ki, həyatınızda hansısa bir problemi həll etməyə çalışarkən yeni bir şey öyrənəsiniz? Cavabınız “bəli”-dirsə yeni bir şey öyrənməyin əsl sevincini yaşamısınız. Bununla da, özünüzü bir çox insanlardan bir addım öndə hesab edə bilərsiniz.