Uzun, yorucu və gərgin iş saatlarından sonra bir çox insan evinə gedib 8-9 saat yatmağa üstünlük verir. Lakin bundan fərqli olaraq az bir qisim insan isə 3-4 saat yataraq özünə işləmək üçün daha çox zaman ayırır.
Biznes dünyasında uğur qazanmış insanların uğur sirrlərini araşdırdıqda bu sirrin məhz az yatmaq olduğu faktı ortaya çıxır. Aşağıda işləməyi çox yatmağa dəyişən bu məşhur rəhbərlər və dahilər ilə tanış ola bilərsiniz.
Donald Trump, Trump idarə heyətinin rəhbəri
Donald Trump uğurunun sirrinin bir səbəbinin də gündə 3 və yaxud 4 saat yatmaq olduğunu bildirir. Donald Trump The Daily News-a verdiyi müsahibəsində deyir: “gündə 12-14 saat yatan bir şəxs 3-4 saat yatan biri ilə necə rəqabət apara bilər”.
Jack Dorsey, Twitter-in yaradıcısı və Square şirkətinin CEO-su
İki şirkətə də rəhbərlik edən Jack Dorsey gün içində 8 yaxud 10 saatını iki şirkətdən birində keçirir. Onun iş qrafikinə nəzər saldıqda onun cəmi 4 saat yatdığını görmək olar.
Indra Nooyi, PepsiCo şirkətinin CEO-su və İdarə heyətinin sədri
PepsiCo şirkətinin İdarə heyətinin sədri və CEO-su Indra Nooyi də az yatan rəhbərlərdən biridir. Feminist şəxsiyyəti ilə seçilən Nooyi-nin gündə sadəcə 4 saat yatdığı deyilir.
Sergio Marchionne, Fiat şirkətinin CEO-su
Uğur sirri az yatmaq olan rəhbərlərdən biri də Fiat şirkətinin CEO-su Sergio Marchionne-dur. Chrysler şirkətinin yenidən doğulmasında pay sahibi olan Marchionne günü 4 saat yuxu ilə başa vurur.
Tom Ford, Moda dizayneri və rəhbər
Gucci-də işlədiyi vaxtlarda Gucci-nin dəyərinin 90% artmasında böyük payı olan Tom Ford, uğurunu qabiliyyətindən daha çox sahib olduğu enerji ilə əlaqələndirir. O isə gündə cəmi 3 saat yatır.
Julie Smolyansky, Lifeway Foods şirkətinin CEO-su
27 yaşında şirkəti atasından təhvil alan Julie Smolyansky gərgin işin öhdəsindən gəlmək üçün yuxu rejimini yenidən nəzərdən keçirmiş və 4 saat yatmağa qərar vermişdir. 4 saat yuxu ilə o gərgin işin öhdəsindən uğurla gəlməyi bacarmışdır.
Steve Reinemund, PepsiCo şirkətinin keçmiş CEO-su
PepsiCo şirkətinin keçmiş CEO-su Steve Reinemund hər səhər saat 5-də qalxır və 6,5 km-lik məsafəyə qaçışla məşğul olur. Gündə 5 yaxud 6 saat yatan Reinemund səhər oyanmaq üçün zəngli saata da ehtiyac duymayan insanlardandır.
Herb Kelleher, Southwest Airlines şirkətinin həmtəsisçisi
Southwest Airlines şirkətinin rəhbəri olarkən Herb Keller gündə sadəcə 4 saat yatırdı. Bu gərgin iş öz bəhrəsini indi də verməkdədir: çünki Keller təqaüdə ayrılsa da Southwest Airlines şirkəti hələ də ona mənfəət gətirməkdədir.
Marissa Mayer, Yahoo-nun CEO-su
Google-da həftə də 130 saat işləməsi ilə məşhur olan Marissa Mayer, Yahoo-da da oxşar tempə sahibdir. Gündə 4 yaxud 6 saat yatan Mayer 4 ayda bir həftəlik məzuniyyət edərək dincəlir.
Dominic Orr, Aruba Networks şirkətinin CEO-su
Sübh vaxtından daha tez oyanmağa vərdiş etmiş Dominic Orr adətən axşam saatlarında işləyir və gündə sadəcə 4 saat yataraq lazımi enerjiyə sahib olur.
Nikola Tesla
1886-cı ildə öz “Tesla Electric Light & Manufacturing” şirkətini quran Nikola Tesla gün ərzində az yatıb, çox iş görənlərdəndir. Teslanın dostları onun gündə cəmi 2-3 saat yatdığını deyirdilər.
Thomas Edison
1878-ci ildə Edison Electric Light Company şirkətini yaradan məşhur ixtiraçı gündə cəmi 3-4 saat yatırdı. Edison bildirirdi ki, yuxu bizə mağarada keçirilən keçmiş günlərdən miras qalıb.
Leonardo Da Vinçi
Bir çox fərqli sahələrdə mütəxəssis olan məşhur rəssam Leonardo Da Vinçi də az yatmağı ilə məşhurdur. Gün ərzində 1,5-2 saat yatan Da Vinçi hər 4 saatdan bir 15-20 dəqiqə yataraq ehtiyac duyduğu enerjini əldə edirdi. Da Vinçi-nin bu yuxu rejimi hazırda polyphasic sleep olaraq tanınır.
Albert Einstein
Buraya qədər haqqında danışdığımız məşhur şəxslər az yatmaqları ilə məşhur olsalar da, Albert Einstein olduqca fərqli bir yuxu rejiminə sahib idi. Einstein orta hesabla gündə 10 saat yatırdı, lakin hər hansı bir mövzu üzərində çox işləməsi lazım olduqda o 11 saat yatırdı. O bunu onunla izah edirdi ki, gördüyü yuxular ona böyük kömək olurdu.