33 C
Baku
Friday, July 18, 2025

Uitkoff: ABŞ — İran danışıqları gələn həftə baş tuta bilər

ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff ABŞ — İran danışıqlarının gələn həftə baş tutacağını açıqlayıb. O, bunu Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçiriləcək görüşdən əvvəl deyib.

Donald Tramp İranın “görüş üçün xahiş etdiyini” qeyd edərək, bildirib ki, danışıqlar nəticəsində “kağız üzərində nəsə əldə etmək mümkün olsaydı, yaxşı olardı”.

Cənab Tramp deyib ki, ABŞ onun nüvə proqramını məhv etdiyi üçün İranla danışıqların mənası yoxdur. “Düşünürəm ki, onlar bizə və İsrailə hörmətlərini inkişaf etdiriblər. Onlar görüşmək istəyirlər, biz də görüşəcəyik”, – Tramp söyləyib.

İyunun 13-də İsrail İranın nüvə obyektlərinə zərbələr endirərək “Aslan milləti” əməliyyatına başlayıb. İyunun 24-də 12 günlük qarşılıqlı raket atəşindən sonra İran və İsrail atəşkəs haqqında razılığa gəliblər. Hərbi əməliyyat zamanı İsrail İranın əsas nüvə və müdafiə obyektlərinə hücum edib. İyunun 22-də ABŞ İsrailə qoşularaq İsfahan, Natanz və Fordodakı nüvə obyektlərini vurub.

Son xəbərlər
Digər xəbərlər