1 C
Baku
Thursday, February 5, 2026

Uitkoff: Rusiya və Ukrayna Əbu-Dabidə 314 hərbi əsirin mübadiləsi barədə razılığa gəlib

Rusiya və Ukrayna nümayəndə heyətləri Əbu-Dabidə keçirilən danışıqlarda 314 hərbi əsirin mübadiləsi barədə razılıq əldə ediblər. Bu barədə ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff məlumat verib.

“Qarşıda hələ çox iş olsa da, bu cür addımlar davamlı diplomatik təmasların real nəticələr verdiyini göstərir”, — deyə Stiv Uitkoff “X” sosial şəbəkəsində yazıb.

Uitkoff görüşü məhsuldar adlandırıb, lakin münaqişənin nizamlanması üçün hələ xeyli iş görülməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, yaxın həftələrdə danışıqlar istiqamətində irəliləyiş gözləmək olar.

Son xəbərlər
Digər xəbərlər