Ukrayna 106 hərbçisini Rusiya əsirliyindən qaytarıb.
Əsirlikdən qaytarılanların 8-i zabit, 98-i isə əsgər və çavuşdur.
Hərbçilərin hamısı Baxmut istiqamətində döyüşüblər.
Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı bildirib ki, əsirlikdən azad edilənlərdən 68-i itkin düşmüş hesab edilirdi.
“Xilas edilmiş yeddi hərbçinin müxtəlif xəsarətləri var: güllə və qəlpə yaraları, yanıqlar və sınıqlar, ağırlaşmış xroniki xəstəliklər. Hərbçilərdən ən yaşlısının 59, ən gəncinin 21 yaşı var.
Mübadilə nəticəsində üç cəsəd – iki əcnəbi və bir ukraynalı qadının cəsədi də qaytarılıb.
Ümumilikdə, indiyə qədər əsir mübadiləsi nəticəsində 2 430 ukraynalı artıq evlərinə qayıdıb. Onların arasında 139 mülki şəxs də var”.