21 C
Baku
Tuesday, April 16, 2024

Ukrayna 11 milyard dollar beynəlxalq yardım almaq üçün danışıqlar aparır

Ukrayna 11 milyard dollar beynəlxalq yardım almaq üçün danışıqlar aparır.

Bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib.

“Hazırda büdcə gəlirləri xərclərimizin cəmi 54%-ni əhatə edir, bu, hərbi xərclər nəzərə alınmadan belədir. Ona görə də əsas tarazlıq beynəlxalq yardım, beynəlxalq borclanma hesabına baş verir”, – nazir bildirib.

Onun sözlərinə görə, ABŞ, Kanada, Böyük Britaniya və Avropa İttifaqı Ukrayna üçün əsas tərəfdaşlar olaraq qalır.

Qeyd edək ki, fevralın sonundan indiyədək Qərb ölkələri Ukraynaya 12 milyard dollar dəyərində hərbi və maliyyə yardımı edib.

 

 

Son xəbərlər
Digər xəbərlər