11 C
Baku
Friday, October 25, 2024

Ukrayna 155 mm-lik çaplı mərminin istehsalına hazırlaşır

Ukraynada NATO-nun 155 millimetr çaplı mərmi istehsalının yaradılması üzrə işlər aparılır.

Bunu Ali Radanın (parlament) deputatı Yeqor Çernev ümumkrayna telemarafonunun efirində deyib.

Onun sözlərinə görə, proqrama 2022-ci ildə start verilib və o vaxtdan hasilatda artım müşahidə olunur.

Çernev qeyd edib ki, istehsalla təkcə Ukrayna deyil, özəl podratçılar da məşğul olur. Çernevin sözlərinə görə, ölkədə istehsal olunan mərmi digər dövlətlərdə alınandan 3 dəfə ucuzdur.

Son xəbərlər
Digər xəbərlər