Ukrayna bu il 2 milyondan çox pilotsuz uçuş aparatı (PUA) istehsal etməyi planlaşdırır.
Bu barədə Ukraynanın strateji sənayelər nazirinin müavini Anna Qvozdyar deyib.
O bildirib ki, söhbət müxtəlif növ PUA-lardan gedir. Nazir müavini Ukraynada, süni intellektdən istifadə etməklə yeni növ PUA-ların hazırlanacağını qeyd edib.
Süni intellekt bu dronların öz marşrutlarını sərbəst şəkildə təyin etməsinə imkan verəcək.