27 C
Baku
Saturday, July 27, 2024

Ukrayna 2008-ci ildə Gürcüstana verdiyi “Buk” komplekslərini geri istəyir

Kiyev Tbilisidən 2008-ci il müharibəsi zamanı Ukraynanın Gürcüstana verdiyi “Buk” raket komplekslərini geri qaytarmasını xahiş edib.

Bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanovun Ukrayna mətbuatında dərc edilmiş məqaləsində bildirilib.

“Ukrayna tərəfi bütün beynəlxalq tərəfdaşlara, o cümlədən Gürcüstana silah, hərbi texnika və döyüş sursatının verilməsi ilə bağlı müraciətlərində ardıcıldır və Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının lap əvvəlində silaha həyati ehtiyac duyduğunu açıq şəkildə bəyan edib”, – deyə məqalədə qeyd olunub.

Kasyanov vurğulayıb ki, Ukraynanın müraciətinə ABŞ-ın Gürcüstana təhvil verdiyi “Javelin” tank əleyhinə sistemləri də daxil olub.

Diplomat Gürcüstanın Rusiya ilə müharibəyə cəlb edilməsi cəhdi ilə bağlı hər hansı ittihamı rədd edib.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər