18 C
Baku
Saturday, November 2, 2024

“Ukrayna 2024-cü ilə qədər Aİ-yə üzvlüyə hazır olacaq”

Ukrayna hökuməti 2024-cü ilin sonuna kimi Avropa İttifaqına (Aİ) daxil olmaq üçün bütün lazımi şərtləri yerinə yetirəcək.

Bu barədə ölkənin Baş naziri Denis Şmıqal bildirib.

“İyunda Ukrayna ixracına dair bütün rüsumların və kvotanın ləğvi ilə bağlı razılığa gələ bildik. İlin sonuna qədər “gömrük vizasız rejimi” tətbiq olunacaq. Avrointeqrasiya işləri bir gün də dayanmayıb. 2024-cü ilin sonuna qədər isə biz Avropa İttifaqına daxil olmağa tam hazır olmağı planlaşdırırıq. Bu, bizim dəyərli və sivilizasiya yolumuzdur”, – Şmıqal deyib.

Ukrayna Baş nazirinin fikrincə, ölkə rəhbərliyi iyuldan vizasız rejimin tətbiqinə nail ola bilib. O, həmçinin vurğulayıb ki, hazırda Ukrayna tərəfi Aİ ilə assosiasiya sazişi çərçivəsində rəsmi Kiyev qarşısında qoyulan tapşırıqların təxminən 70 %-ni yerinə yetirə bilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər