Ukrayna 2029-cu ildən tez Avropa İttifaqına (Aİ) üzv olmağı planlamır, Banker.az xəbər verir ki, bu barədə ölkənin Avropaya inteqrasiyanın əlaqələndirilməsi üzrə hökumət idarəsinin direktoru Natalia Forsyuk deyib.
Bunun səbəbi qəbul edilməli və qüvvəyə minməli olan külli miqdarda qanunvericilik dəyişiklikləridir.
Forsyukun sözlərinə görə, Ukraynanın Avropa İttifaqına daxil olmasına hazırlıqla bağlı danışıqlar gələn ilin əvvəlinə planlaşdırılır.
Xatırladaq ki, cümə axşamı Ukrayna və Moldova rəsmi olaraq Aİ üzvlüyünə namizəd ölkələrin rəsmi statusunu alıblar.