6 C
Baku
Monday, December 16, 2024

Ukrayna ABŞ-dan 2.5 mlrd. dollar qrant alacaq

Ukraynanın maliyyə naziri Serqey Marçenko və Dünya Bankının Şərqi Avropa (Belarus, Moldova və Ukrayna) üzrə regional direktoru Arup Banerji Ukraynaya ABŞ-dan 2.5 milyard dollar məbləğində ikinci qrantın verilməsi haqqında saziş imzalayıblar.

Bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Birinci qrantın həcmi 1.25 milyard dollar təşkil edib. Vəsait Ukraynada dövlət büdcəsi xərclərinin qismən ödənilməsi üçün istifadə olunacaq. 2023-cü ildə Ukrayna bu layihə üçün artıq dörd qəbz alıb.

2023-cü ildə ABŞ-ın Ukraynaya ayırdığı qrantların məbləğinin 9.9 milyard dollar olacağı planlaşdırılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər