4 C
Baku
Friday, January 27, 2023

Ukrayna ABŞ-dan qış mövsümü üçün əlavə qaz istəyib

Ukraynanın “Naftoqaz” şirkəti ABŞ-dən qış dövrü üçün əlavə qaz istəyib.

Bu barədə şirkətin rəhbəri Aleksey Çernışov ABŞ-nin Avropa və Asiya üzrə Beynəlxalq İnkişaf Agentliyinin sədri Erin Makki ilə görüşdən sonra öz “Facebook” səhifəsində yazıb.

A.Çernışov əlavə edib ki, görüşdə metanol, qaz kompressorları, dizel generatorları, eləcə də qaz hasilatı avadanlığı kimi materiallar üzrə yardıma dair müzakirələr də aparılıb.

Məlumat üçün əlavə edək ki, Ukrayna sentyabr ayında qaz almaq üçün ABŞ-nin İxrac-İdxal Bankından 1.5 milyard dollar kredit götürüb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər
X