17.4 C
Baku
Monday, May 12, 2025

Ukrayna ABŞ ilə sazişi ratifikasiya edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə nadir torpaq metalları haqqında sazişi ratifikasiya edən qanunu imzalayıb.

Bu barədə Ali Radanın saytına istinadən xəbər verir.

Sənəd Ali Radanın mayın 8-də keçirilən iclasında təsdiqlənib. 338 deputat sənədin lehinə səs verib.

Xatırladaq ki, aprelin 30-dan mayın 1-nə keçən gecə Ukrayna və ABŞ bərabər iştirakla birgə Bərpa üzrə İnvestisiya Fondunun yaradılması haqqında saziş imzalayıblar. Sənədi Ukraynanın Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko və ABŞ-nin maliyyə naziri Skot Bessent imzalayıblar. Razılaşma uzun sürən danışıqların nəticəsi idi və hətta mübahisələrə səbəb oldu, lakin Ukrayna hökuməti qeyd edib ki, Kiyev özü üçün əlverişli şərtləri qoruya bilib.

Daha əvvəl Baş nazir Denis Şmıqal sənədin əsas prinsiplərini açıqlayıb:

– Fond paritet şərtlərlə – hər iki tərəfin 50% iştirakı və bərabər səsvermə hüququ ilə yaradılacaq.

– Ukrayna yerin təki, infrastruktur və təbii sərvətlər üzərində tam nəzarəti özündə saxlayır.

– Saziş heç bir borc öhdəliyini nəzərdə tutmur – söhbət yalnız investisiyalardan gedir, kreditlərdən yox.

– Fond layihələrə sərmayə qoyacaq və “al və ya ödə” prinsipi üzrə kommersiya alışlarına zəmanət verəcək.

– Sənəd, həmçinin Ukraynanın gələcəkdə Avropa İttifaqına üzvlüyünə maneə yaratmır.

Son xəbərlər
Digər xəbərlər