7 C
Baku
Thursday, December 12, 2024

“Ukrayna adi ölkə deyil, güclü ölkədir” – Ərdoğan Rusiyanın Ukraynanı işğal edəcəyinə inanmır

Türkiyə Prezident Receb Tayyib Ərdoğan deyir ki, Rusiyanın Ukraynanı işğal etməsi real deyil və o, böhranı rusiyalı həmkarı Vladimir Putinlə müzakirə etməlidir.

Rusiya Ukrayna ilə sərhəd yaxınlığına onminlərlə əsgər cəmlədiyindən Qərb mümkün işğalla bağlı narahatlıq bildirib. Moskva isə belə planları olmadığını deyir.

“Rusiyanın Ukraynanı işğal edəcəyini real yanaşma sanmıram, çünki Ukrayna adi ölkə deyil. Ukrayna güclü ölkədir. Rusiya belə bir atmaq üçün bütün dünyada və özündə vəziyyəti nəzərdən keçirməlidir”, – deyə, Ərdoğan Albaniyaya səfəri zamanı media qarşısında deyib.

Ötən həftə ABŞ, NATO və ATƏT Rusiya ilə danışıqlar aparıb, münasibətlərdəki gərginliyi, Ukrayna böhranını müzakirə ediblər.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bu münaqişədə indiyədək 13 mindən çox insan öldürülüb.

Son xəbərlər
Digər xəbərlər