7 C
Baku
Sunday, January 29, 2023

Ukrayna Ali Radası hərbi vəziyyət rejimi və ümumi səfərbərliyi daha üç ay müddətinə uzadıb

Ukrayna Ali Radası hərbi vəziyyət rejimi və ümumi səfərbərliyi daha üç ay müddətinə uzadıb.

Səsvermədə 345 deputat iştirak edib.

Onlardan 310 nəfəri qanun layihəsinin lehinə səs verib, 35-i bitərəf qalıb.

Qərara əsasən, ölkədə hərbi vəziyyət rejimi və ümumi səfərbərlik 90 gün müddətinə olmaqla 2023-cü il fevralın 19-dək uzadılıb.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri bu il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Həmin tarixdə Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib.

Son xəbərlər
Digər xəbərlər
X