5 C
Baku
Tuesday, December 23, 2025

Ukrayna Ali Radasının deputatı dövlət bankından $20 mln. mənimsəməkdə ittiham olunur

Ukraynanın Milli Antikorrupsiya Bürosu Ali Rada deputatının dövlət bankından 20 milyon dollar mənimsəməsi üzrə cinayət işini araşdırmağa başlayıb.

Banker.az Azərtac-a istinadla xəbər verir ki, deputat öz mövqeyindən sui-istifadə edərək saxta sənədlərlə pulları mənimsəməyə bilib. Bu cinayətdə iştirak etməyə görə ittiham olunanların sayı 10-u ötüb.

Araşdırmaların nəticəsi məhkəməyə göndəriləndə deputatın kimliyi açıqlanacaq.

Son xəbərlər
Digər xəbərlər