35 C
Baku
Thursday, June 20, 2024

Ukrayna Almaniyadan 14 ədəd özüyeriyən haubitsa alıb

Ukrayna Almaniyadan 14 ədəd “Panzerhaubitze 2000” özüyeriyən haubitsa alıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bundan əlavə, Almaniya Kiyevə ehtiyat hissələri və döyüş sursatı dəstləri olan 5 MARS II çoxsaylı buraxılış raket sistemləri, IRIS-T SLM hava hücumundan müdafiə sistemləri və onun üçün raketlər, dron əleyhinə sistemlər təhvil verib.

Həmçinin, Ukrayna tərəfi qış üçün təxminən 11 milyon avro dəyərində generator dəstləri, qızdırıcılar, çadırlar, geyimlər və qida rasionu ilə birlikdə hərtərəfli yardım paketi alıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər