9 C
Baku
Thursday, December 12, 2024

Ukrayna Almaniyadan 200 milyon avro qrant yardımı alıb

Ukraynanın dövlət büdcəsinə Bərpa üçün Kredit Təşkilatından (KfW) 200 milyon avro məbləğində qrant daxil olub.

Bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu vəsait Almaniya hökuməti tərəfindən Ukraynada məcburi köçkünlərin dayanıqlığının qorunması proqramı çərçivəsində verilib. Vəsaitlər dövlət büdcəsinin məcburi köçkünlər üçün yaşayış müavinətlərinin ödənilməsi üzrə ümumi fondun xərclərinin bağlanmasına yönəldiləcək”, – məlumatda deyilir.

Qeyd olunur ki, KfW tərəfindən maliyyələşdirilən Ukraynada məcburi köçkünlərin dayanıqlığına dəstək proqramı Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı məcburi köçkünlərin həyat şəraitinə mənfi təsirləri azaltmağa yönəlib. Proqramın məqsədi Ukrayna hökumətinin müharibə başlayandan indiyədək rəsmi sayı xeyli artmış məcburi köçkünlərə lazımi dəstək vermək imkanlarını gücləndirməkdir.

Son xəbərlər
Digər xəbərlər