9 C
Baku
Friday, December 13, 2024

Ukrayna Almaniyadan güzəştli kredit alacaq

Ukrayna Almaniyadan 150 milyon avro kredit alacaq.

Banker.az xəbər verir ki, Ukrayna Nazirlər Kabineti bu gün keçirilən iclasında Almaniyanın “KfW” dövlət inkişaf bankından 150 milyon avroya qədər güzəştli kreditin alınması haqqında qərar qəbul edib.

Kredit ilk ödənişin əməliyyat edildiyi gündən 5 il müddətinə təxirə salınması nəzərə alınmaqla 15 il müddətinə verilir.

Almaniya tərəfindən ümumlikdə bu cür dəstəyin ümumi məbləği 300 milyon avroya çatacaq.

Baş nazir Denis Şmiqalın sözlərinə görə, bu il fevralın 24-dən Ukraynanın beynəlxalq tərəfdaşlarının maliyyə dəstəyi 5 milyard dollardan çox olub.

Son həftələrdə hökumət Yaponiya hökumətindən 100 milyon ABŞ dolları məbləğində kredit və Dünya Bankından 1,5 milyard dollar məbləğində maliyyə dəstəyi almaq barədə razılığa gəlib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər