15 C
Baku
Friday, October 18, 2024

Ukrayna Almaniyadan hərbi gəmilər və sualtı qayıqlar almaq istəyir

Ukraynanın Berlindəki səfiri Andrij Melnik Almaniyadan döyüş gəmiləri və sualtı qayıqlar almaq istədiklərini bildirib.

Ukraynanın Berlindəki səfiri Andrij Melnyk “T-online” saytına müsahibəsində bildirib ki, indi bütün tərəfdaşlar Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün silahlanmalı olduğunu görməlidirlər.

Almaniyanın burada mühüm rol oynaya biləcəyini qeyd edən Melnik, “Alman silah şirkətlərinə döyüş gəmiləri və sualtı qayıqlar sifariş etmək istəyirik” dedi.

Melnik qeyd edib ki, bir neçə gün əvvələ qədər Almaniya siyasətinin münasibətinə görə bu məsələ ilə bağlı konkret danışıqlar aparmaq mümkün deyildi, amma indi daha optimistdir. Ukraynanın da sabit hava müdafiə sistemlərinə ehtiyacı olduğunu qeyd edən Melnik, “Almaniya bu sistemləri Misirə tədarük edir. Niyə biz də olmasın?” ifadəsini işlətdi.

Son xəbərlər
Digər xəbərlər