“Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti Tehrana reysləri dayandırdığını elan edib.
Bu barədə şirkətin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.
Reyslərin qeyri-müəyyən müddətə dayandırıldığı bildirilib.
Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 heyət üzvü olub. Təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub.
Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. İlkin məlumatlara əsasən, qəzanın səbəbi təyyarənin mühərrikinin yanması olub.