Ukrayna Rumıniya vasitəsi ilə Avropa İttifaqına elektrik enerjisi ixracına başlayıb.
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib. Dövlət başçısı bunu Aİ ilə Ukraynanın yaxınlaşması kimi izah edib.
“Bu hələ ilk mərhələdir. Biz təchizatın həcmini artırmağa hazırlaşırıq. Ukraynanın elektriki Rusiya qazını əvəz edə bilər” – deyə Zelenski qeyd edib.