8 C
Baku
Thursday, March 28, 2024

Ukrayna Avropadan elektrik enerjisi idxalının mexanizmini hazırlayır

“Ukrenerqo” Milli Energetika Kompaniyası Avropadan Ukraynaya elektrik enerjisi idxalını təmin etmək üçün xüsusi mexanizm hazırlayır.

UNN informasiya agentliyi bu barədə kompaniyanın idarə heyətinin rəhbəri Volodimir Kudritskiyə istinadla məlumat yayıb. Onun sözlərinə görə, Avropada elektrik enerjisinin qiyməti Ukraynadan yüksək olduğundan idxalı üçün xüsusi mexanizmə ehtiyac var və hazırda onun üzərində işlər gedir.

“Bu, bizim təhlükəsizliyimiz üçün vacibdir. Avropa İttifaqının enerji sistemi çətin anda bizə kömək etməyə qadirdir”, – deyə Volodimir Kudritski bildirib.

Martın 16-da Volodimir Zelenski Ukrayna və Avropanın enerji sistemlərinin birləşdirilməsi prosesinin başa çatdığını elan etmişdi. O, həmçinin Kiyevin Avropadan qaz idxal edərək, əvəzində elektrik enerjisi vermək istədiyini bildirərək demişdi ki, Ukrayna çox böyük nüvə generasiyasına malik olduğu üçün elektrik enerjisini aşağı qiymətə sata biləcək.

Lakin Rusiya ordusunun ölkənin infrastruktur obyektlərinə endirdiyi raket zərbələrindən sonra Ukrayna lideri qaz, kömür və elektrik enerjisi ixracınin dayandırılacağını bildirib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər