Ukrayna prezidenti Petro Poroşenko Vladislav Kanevskini Azərbaycana yeni səfir təyin edib.
Prezident müvafiq fərmanı çərşənbə günü imzalayıb.
Bu barədə lb.ua saytı məlumat yayıb.
Qeyd edək ki, Vladislav Kanevski əvvəllər Ukrayna Xarici İşlər Nazirliyi Katibliyi Departamentinin Təhlil və Planlaşdırma şöbəsinin müdiri, Departament direktorunun müavini vəzifəsində çalışıb.