Ukrayna bəzi istiqamətlərdə hücum əməliyyatlarına keçir.
Bu barədə ölkənin müdafiə nazirinin müavini Anna Malyar bildirib.
O qeyd edib ki, “döyüşlərin episentri Baxmut istiqaməti olaraq qalır”.
Eyni zamanda, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak isə bu gün öz “Twitter“ səhifəsində “hələlik qlobal hücum yoxdur” deyə paylaşım edib.