Ukrayna və Rusiya arasında yeni əsir mübadiləsi aparılıb.
Bu barədə Ukrayna Baş nazirinin müavini – müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk məlumat verib.
“Növbəti əsir mübadiləsi baş tutub. Bu gün 45 nəfər Rusiya əsirliyindən azad edilib. Onların 13-ü zabit, 20-si əsgərdir (onlardan 5-i yaralıdır). Həmçinin 12 mülki vətəndaşımızı qaytarırıq”, – İ.Vereşuk teleqram kanalında yazıb.