10 C
Baku
Friday, October 25, 2024

Ukrayna Baş Qərargahı: “Ötən sutka Donbasda Rusiyanın 10 hücumu dəf edilib”

Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində Rusiya hərbçilərinin Donetsk və Luqansk istiqamətində 10 hücumunu dəf edib, habelə 2 tank, 17 artilleriya sistemi, 38 zirehli döyüş maşını və 10 avtomobili zərərsizləşdirib.

Məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, son sutkada Rusiyanın 10 “Orlan-10” PUA-sı sıradan çıxarılıb.

Eyni zamanda, Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv bildirib ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-leytenant Valeri Gerasimov ötən sutka Ukraynanın İyum şəhərində olan zaman ərazi artilleriya atəşinə məruz qoyulsa da, onun yaralanmasına dair məlumat mövcud deyil.

Son xəbərlər
Digər xəbərlər