24 C
Baku
Friday, April 26, 2024

Ukrayna Baş Qərargahı: İki bölgədə düşmənin hücumları dəf edilib

Ukrayna hərbçiləri Luqansk və Donetsk vilayətlərində düşmənin hücumlarını uğurla dəf edib.

“Son sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Luqansk vilayətinin Çervonopopovka və Donetsk vilayətinin Soledar, Poprosnoye, Nevelskoye, Krasnoqorovka və Maryinka yaşayış məntəqələri ərazilərində Rusiya hərbçilərinin hücumlarını dəf edib”, – məlumatda deyilir.

Müdafiə Qüvvələrinin aviasiyası son sutka ərzində şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 17, düşmənin zenit-raket komplekslərinin mövqelərinə isə 3 zərbə endirib.

Ötən sutka ərzində Rusiya qoşunlarına məxsus bir helikopter və 6 “Orlan-10” tipli PUA vurulub.

Ukrayna mətbuatının məlumatına görə, dekabrın 3-nə keçən gecə Dnepropetrovsk vilayətinin Nikopol rayonu və Zaporojye vilayətinin yaşayış məntəqələri “Qradlar” və ağır artilleriyadan 9 dəfə hücuma məruz qalıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər