Ukrayna ordusu Baxmut istiqamətində 3 kvadrat kilometr ərazini azad edib.
Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar brifinq zamanı bildirib.
Onun sözlərinə görə, bu ilin əvvəlindən Rusiya ordusu bir neçə istiqamətdə, əsasən də şərqdən genişmiqyaslı hücumlarla irəliləməyə çalışır.
Malyar qeyd edib ki, hazırda ağır döyüşlər gedir və Ukrayna Silahlı Qüvvələri düşmənin qarşısını almaq üçün bütün gücünü səfərbər edib.
Həmçinin əlavə olunub ki, Rusiya ordusunun hücum potensialı xeyli zəiflədilib.