-3 C
Baku
Sunday, December 15, 2024

Ukrayna “Bayraktar”ları necə alır? – Türkiyədən cavab

Türkiyə Ukraynaya “Bayraktar” PUA-larını yardım olaraq vermir. Bu PUA-ları Ukrayna şəxsi şirkətdən pulunu ödəyərək alır.

Bu sözləri Türkiyə XİN rəhbərinin müavini Yavuz Səlim Qıran deyib.
“Bayraktar” – özəl müəssisənin məhsuludur. Ukrayna bu məhsulu almaq istədi və onlar arasında müqavilə imzalandı. Məhsul da göndərildi. Bütün dünyada belədir. Bu gün Rusiyada da, ABŞ-da da hərbi məhsulu özəl şirkətlər istehsal edir. Bu şirkətlər istədiyi sazişi bağlayıb, məhsulunu sata bilirlər. Türkiyə bu PUA-ları yardım olaraq verməyib. Əlbəttə, o ayrı məsələdir ki, biz bu PUA-larla fəxr edirik”, – o bildirib.
Qeyd edək ki, Ukrayna 2018-2020-ci illərdə Türkiyədən 74 milyon dollar ödəyərək “Bayraktar TM2” PUA-ları alıb.
MənbəAxar.az
Son xəbərlər
Digər xəbərlər