Ukrayna Belarusla sərhəddə divar tikir

Ukrayna Belarusla sərhəddə divar tikir.

Bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirilo Timoşenko özünün “Telegram” kanalında məlumat yayıb.

Bildirilib ki, Volın vilayətində sərhədin 3 kilometrə yaxın hissəsində divar çəkilir. Hazırda Rusiya ilə həmsərhəd rayonlarda istehkamlar tikilir.

Kirilo Timoşenko, həmçinin qeyd edib ki, Rovne və Jitomir vilayətlərində işlər aparılır.

Son xəbərlər
Digər xəbərlər