9 C
Baku
Sunday, November 17, 2024

Ukrayna Beynəlxalq Enerji Agentliyinə üzv oldu

Polşanın paytaxtı Varşavada keçirilən imzalanma mərasimindən sonra Ukrayna rəsmən Beynəlxalq Enerji Agentliyinə üzv dövlət olub.

Canlı yayımlanan imzalanma mərasimində çıxış edən BEA-nın prezidenti Fatih Birol Ukraynanın BEA-ya qoşulması qərarının bütün üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edildiyini bildirib.

Ukraynanın iştirakını “böyük bir şərəf” olaraq xarakterizə edən Birol, “Bu yekdil qərar bizim Ukrayna xalqına və Ukrayna hökumətinə olan böyük hörmətimizi göstərir” deyib.

 

 

Son xəbərlər
Digər xəbərlər