4 C
Baku
Thursday, February 22, 2024

Ukrayna “birinci dünya hibrid müharibəsi”ni elan edib

Ukrayna baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə naziri İrina Vereşuk bildirib ki, hazırda bəşəriyyət birinci dünya hibrid müharibəsindən keçir.

Banker.az xəbər verir ki, o, bu barədə “1+1” telekanalında “Hakimiyyət hüququ” verilişinin efirində danışıb.

“Biz birinci dünya hibrid müharibəsi dövründə yaşayırıq. Bu, həqiqətən əvvəllər heç vaxt olmayıb. Və siz sosial şəbəkələrdəki apokaliptik əhval-ruhiyyəni görürsünüz, bu, əlbəttə ki, həqiqətə uyğun gəlmir”, – deyə İrina Vereşuk qeyd edib.

Onun sözlərinə görə, insanlar informasiya hücumları və panika üçün “canlı alətlərə” çevrilir. Baş nazirin müavini əlavə edib ki, bununla belə, küçələrdə vəziyyət internetdəki məlumatlardan fərqlənir.

Keçən ilin payızından başlayaraq Qərb ölkələrinin siyasətçiləri və mediası Rusiyanın Ukraynaya ehtimal edilən işğalı haqqında yazır.

Kreml Ukraynanı işğal etmək planlarını rədd edir və Qərb mediasını dezinformasiyada, hakimiyyəti isə vəziyyəti gərginləşdirməkdə günahlandırır. Ukrayna Prezidenti Vladimir Zelenski də dəfələrlə Qərb mediasını çaxnaşma yaratmamağa çağırıb.

Son xəbərlər
Digər xəbərlər