7 C
Baku
Thursday, December 12, 2024

Ukrayna birtərəfli qaydada Belarusla azad ticarət sazişindən imtina edib

Ukrayna hökuməti birtərəfli qaydada Belarusla azad ticarət sazişindən imtina edib. Rusiya ilə ticarət qadağası 2024-cü ilin yanvar ayının sonuna qədər uzadılıb.

Qərarlar barədə Ukrayna İqtisadiyyat Nazirliyinin saytında məlumat verilib.

Ukraynanın iqtisadiyyat, ticarət və kənd təsərrüfatı nazirinin müavini Taras Kaçka bildirib ki, iki ilə yaxındır ki, Ukrayna ilə Belarus, eləcə də Rusiya arasında ticarət əlaqələri yoxdur. Onun sözlərinə görə, hakimiyyət öz qərarları ilə qanunvericilik bazasını reallıqlara uyğunlaşdırır.

Qeyd edək ki, 2022-ci ilin yazında Ukrayna hökuməti Rusiyadan malların idxalını qadağan edən qərar qəbul edib. İqtisadiyyat naziri Yuliya Sviridenkonun əvvəllər qeyd etdiyi kimi, bu yolla Rusiya ilə ticarət əlaqələrinin faktiki olaraq dayandırılması hüquqi cəhətdən təmin edilib.

Son xəbərlər
Digər xəbərlər