Hazırda müharibə şəraitində olan Ukrayna ötən üç rüb ərzində Azərbaycandan tərəvəz məhsullarının alışını artırıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan ilin ilk 9 ayında Ukraynaya 5 450 tonluq ($1 607 min) kartof, 6 758 ton ($2 072 min) soğan, 860 ton ($239 min) yerkökü ixrac edib.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin artımdır. Belə ki, ötən ilin eyni dövründə Azərbaycandan Ukraynaya 1 413 ton ($561 min) kartof, 850 ton ($240 min) soğan və cəmi 35 ton yerkökü ($12 min) satmışdı.
Ümumilikdə Ukraynaya 14 111 tonluq ($4 464 min) tərəfəz ixrac edilib.